Bu gün “Kəpəz”in 14 yaşadək futbolçulardan ibarət komandası Azərbaycanın U-17 qızlar yığması ilə yoxlama matçı keçirib. Fanat.Az xəbər verir ki, Gəncə Şəhər Stadionunun ehtiyat meydançasında gerçəkləşən görüşdə tərəflər hərəsi 40 dəqiqədən ibarət 2 hissədə mübarizə aparıblar. Oyun “Kəpəz” U-14-ün 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmada hesabı Rizvan Səmədli açıb. Fasilədən sonra “sarı-göylər”in heyətində Həsən Həsənli və Əziz Quliyev fərqlənib. Onu da qeyd edək ki, yoxlama matçı U-17 qızlar yığmasının “Kəpəz” PFK-nın məşq mərkəzində təşkil olunan hazırlıq prosesi çərçivəsində keçirilib. Xanım futbolçular sabah Gəncədəki təlim-məşq toplanışını başa vurub Avropa çempionatının seçmə mərhələsində çıxış etmək üçün Albaniyaya yollanacaqlar.
"Kəpəz"in U-14 komandası U-17 millimizi məğlub etdi
TREND
Oxşar xəbərlər
Milli
17:49
13.11.2026
"Qol imkanlarımızdan daha səmərəli istifadə edərək istənilən nəticəni əldə edəcəyik" - Vaqif Cavadov
Azərbaycan futbolu
15:17
13.11.2026
"Yığmamızın baş məşqçisi Ayxan Abbasova da çox güvənirəm və inanıram ki..."
Milli
13:04
13.11.2026
"Sürətli hücumlar, uzaq məsafədən zərbələr və standart vəziyyətlər əsas silaha çevrilməlidir" - Vaqif Sadıqov
Milli
11:48
13.11.2026
Lixtenşteynlə oyunda hansı məqamlara diqqət yetirməliyik? - Aslan Kərimovdan açıqlama