Robert Prosineçki bu gün AFFA ilə yeni müqavilə bağlaya bilər. Fanat.Az xəbər verir ki, bu barədə "Sport News”a xorvat mütəxəssis özü açıqlama verib.
AFFA rəhbərliyinə hesabat vermək üçün Bakıya gələn Prosineçki bu gün yeni müqavilə bağlamasını istisna etməsə də, qəti qərar vermədiyini bildirib: "Bakı fantastik şəhərdir, burdan çox xoşum gəlir. İş görmək üçün hər cür şərait var. Uşaqlarım Bakıda beynəlxalq tədris məktəbində təhsil alır. Biz yığma komanda üçün çox iş gördük. Bunu heç kimin qiymətləndirməməyə haqqı yoxdu. Amma yeni müqavilə imzalamağın ambisiyalarıma uyğun olub-olmadığına əmin deyiləm. Özünümü yeni hədəflər uğrunda sınaq istəfirəm. Ona görə də Azərbaycanda qalıb-qalmamaqla bağlı qəti qərar verməmişəm".
Fanat.Az