16:23 10.11.2017 3553

Türkiyə mediası Azərbaycan millisinin futbolçularından yazdı - FOTO

Türkiyə mətbuatı Azərbaycan yığmasını seçən 3 türk futbolçu barədə yazı hazırlayıb. Fanat.Az xəbər verir ki, söhbət Öznur Taş, Sude Topçu və Beyzanur Aslandan gedir.

Həmkarlarımız qeyd edir ki, Kubilay Türkyılmaz, Mehmet Skoll, Mesut Özil, Emre Can, Erkan Zengin, Eren Derdiyok, Gökhan İnler, Kerem Demirbay, Hakan Yakın, Murat Yakın, İlkay Gündoğan kimi yaşadığı ölkənin milli komandasında oynayan türk əsilli futbolçulardan fərqli olaraq, bu qızlar Antalyada doğulub-böyüsə də, Azərbaycan yığmasını sepçib.



Bildirilir ki, "1207 Antalya Döşemealtı Bələdiyyəspor"un yetirməsi olan 18 yaşlı Beyzanurla 19 yaşlı Öznur və Sude komandalarındakı uğurlu oyunları ilə Azərbaycan qadın yığma komandasına dəvət alıblar. Türkiyə çempionatının gənc ulduzları hesab olunan futbolçular bu təklifi qəbul edərək ölkəmizə gəliblər. 

"1207 Antalya Döşemealtı Bələdiyyəspor"da mərkəz müdafiəçisi mövqeyində oynayan Beyzanur, sol cinahda çıxış edən Öznur və qapıçı Sude Azərbaycan yığması ilə artıq 3 oyuna çıxıb. Avropa çempionatının seçmə matçlarında Azərbaycanın fərqli yaş qrupları üzrə yığmalarının formasını geyinən qızlar komandalarının mərhələ adlamasında önəmli rol oynayıblar.



Öznur Taş Türkiyə mediasına açıqlamasında Azərbaycanın qadın futboluna böyük önəm verdiyi üçün yığmamızı seçdiyini bildirib. Millimizin formasını geyindiyi üçün xoşbəxt olduğunu deyən futbolçu bu seçiminin onun gələcəyinə və təhsilinə müsbət təsir edəcəyinə inandığını vurğulayıb. 

Sude Topçu isə Azərbaycan milli komandasının rəsmilərinin onu bir müddət izlədikdən sonra dəvət göndərdiklərini bildirib. Seçmə mərhələdə yığmasının qapısını qoruduğunu deyən qolkiper yaxşı çıxışı ilə komandasının mərhələ adlamasında önəmli rol oynadığını söyləyib. 



Qazandığı uğurlarla özündən söz etdirməyi və beynəlxalq arenalara çıxmaq istədiyini bildirən Beyzanur Aslan isə "Gələcəyim və karyeram üçün Azərbaycan millisini seçdim. Qərar vermək çətin oldu, amma Azərbaycanı seçdiyim üçün xoşbəxtəm" deyib.

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

20:45

Almaniyanın U-20 millisinin üzvü "Leypsiq"də - RƏSMİ

20:12

Rusiyalı futbolçu 4 illik diskvalifikasiya edildi

19:50

Cikiya Super Liqa klubu ilə müqavilə bağlasa da...

19:23

"Liverpul" fanatları Jotanın və qardaşının xatirəsini belə yad etdilər - FOTO

18:49

"Favorit "Sele"dir, çünki "Sabah"..." - Aslan Kərimov problemləri sadaladı

18:20

"MLS mənim oyun tərzimə uyğun deyildi" - Jiru

17:58

Bu gün "Sabah" ikinci sınaq matçına çıxacaq

17:56

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:23

"Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri bəlli oldu

17:05

Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandı

16:47

"Sabahı çox çətin mübarizə gözləyir" - Xaqani Məmmədov

16:29

"O pula Neymarı almaq olmaz, amma çoxlu ağac əkmək olar" - Müllerdən etiraz

16:17

Azərbaycan telekanalı "Traktor"un ÇL oyunlarını yayımlayacaq

16:10

“UEFA Hakimlər Komitəsinin üzvlərini yaxşı tərəfdən təəccübləndirdik”

15:53

İspaniya nəhəngi dünya çempionunun klubuna rəsmi təklif göndərəcək - MƏBLƏĞ

15:35

"Bu, özümü yenidən göstərmək üçün şansdır" - Quliyev Premyer Liqanı arzulayır

15:14

"Qəbələ" Futbol Akademiyasının fəaliyyəti dayandırıldı

14:57

Ronaldu Jotanın ölümü ilə bağlı paylaşım etdi

14:39

Kamal Quliyevin köməkçiləri bilindi

14:21

"Kəpəz" rəqiblərindən ikisini açıqladı

14:04

"Sumqayıt" qalanları saxlayacaq

13:46

"Mançester Siti" yeni qapıçı transfer etməyə yaxındır - MƏBLƏĞ

13:28

Klublarımızın avrokubok oyunlarını hansı kanallar yayımlayacaq? - AÇIQLAMA

13:05

"Liverpul"un vingeri bədbəxt hadisə nəticəsində həyatını itirdi

12:44

"Mingəçevir"in yarımmüdafiəçisi bu kluba keçdi

12:26

"Rəqib nə qədər güclü olsa da..." - "Zirə"nin kapitanı "Hayduk"la oyundan nə gözləyir?

12:08

AFFA rəsmisi ÇL-ə təyinat aldı

11:50

KONKAKAF: Finalçılar bəlli oldu

11:32

Azərbaycan millisi EEVZA-da 5-ci oldu

11:15

Azərbaycan ilə Özbəkistan DÇ-yə birgə ev sahibliyi üçün FIFA-ya müraciət edəcək

10:57

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:39

Flik 2 futbolçunun "Barselona"dan göndərilməsinə qadağa qoydu - ADLAR

10:20

"Qalatasaray" isveçrəlinin transferi üçün Osimhenlə İkardinin menecerini işə qoşdu

Facebookdan bizi izləməyi unutmayın.
X