"DÇ-2018"in "pley-off" mərhələsi çərçivəsində Avropa zonasında daha bir görüş keçirilib.
Fanat.Az xəbər verir ki, İtaliya doğma meydanda İsveçi qəbul edib. Görüş qolsuz heç-heçə ilə başa çatıb.
İlk oyunda 1:0 hesablı qələbə qazanan İsveç millisi mundiala vəsiqə qazanıb. Dördqat dünya çempionu olan İtaliya yığması isə 60 ildən sonra ilk dəfə mundialdan kənarda qalıb.
Fanat.Az