Kot-d`İvuar millisi baş məşqçisiz qalıb.
Fanat.Az xəbər verir ki, komandanın çalışdırıcısı Mark Vilmots vəzifəsindən ayrılıb.
Bu barədə belçikalı mütəxəssis şəxsi tvitter səhifəsində məlumat yayıb. O, federasiya ilə qarşılıqlı razılıq əsasında müqaviləsinə xitam verdiklərini bildirib.
Qeyd edək ki,Kot-d`İvuar yığması DÇ-2018-in seçmə mərhələsində son oyunda Mərakeşə uduzaraq (0:2) mundialdan kənarda qalıb.
Xatırladaq ki, 48 yaşlı mütəxəssis bu ilin mart ayından milli komandanı çalışdırırdı.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol