UEFA Millətlər Liqasında yığmamızın rəqibi olan Kosovo millisinin kapitanı Samir Uykani açıqlama verib. Fanat.Az xəbər verir ki, püşkü dəyərləndirən 30 yaşlı qapıçı Millətlər Liqasının onlar üçün yaxşı təcrübə olacağını bildirib:
"Azərbaycanla bir qrupa düşdüyümüz üçün çox şadam. Bu rəqib qrupumuzda ən güclü və yaxşı komandadı. Futbol maraqlı oyundu. Bizim istedadımız var. Müvəffəqiyyət qazanacağımıza inanıram. Bu turnir bizim üçün yaxşı təcrübə olacaq. Bizim üçün ilk turnirdir Ona görə də diqqətli və mütəşəkkil olmalıyıq".
Fanat.Az