Avstraliya millisinə yeni baş məşqçi təyin olunub.
Fanat.Az xəbər verir ki, yerli federasiya holland mütəxəssis Van Marveyk komanda ilə qısamüddətli müqavilə imzalayıb.
Niderland milli komandasının sabiq çalışdırıcısı Bert van Marveyk Avstraliya millisini Rusiyada keçiriləcək dünya çempionatına hazırlayacaq.
Avstraliyalılar DÇ-2018-in qrup mərhələsində Fransa, Danimarka və Peru ilə mübarizə aparacaqlar.
Fanat.Az