AFFA Azərbaycan millisinə daha bir rəqib tapıb. Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, seçməmiz gələn ay Belarusla yoldaşlıq görüşünə çıxacaq.
Martın 27-də Antalyada Makedoniya ilə üz-üzə gələcəyi dəqiqləşən Qurban Qurbanovun yetirmələri ondan 4 gün əvvəl Belarusla münasibətlərinə aydınlıq gətirəcək. Bakı Olimpiya Stadionunda baş tutacaq görüş Qurban Qurbanovun yerli publika önündə ilk sınağı olacaq.
Matçın başlama saatı da artıq bəllidi. Belə ki, Azərbaycan – Belarus qarşılaşmasının start fiti martın 23-də saat 20:00-da səslənəcək.
Qeyd edək ki, yığmamız iyunun 9-da səfərdə Latviya ilə yoldaşlıq görüşü keçirəcək.
Fanat.Az