12:19 15.02.2018 1643

Belarusun baş məşqçisi: "Bakıya ən güclü heyətlə gələcəyik"

"Hazırda Antalyadayam. Burada təlim-məşq toplanışında olan müxtəlif klubların heyətindəki yığmaya namizədləri izləyirəm. Ölkə çempionatında mübarizə aparan 16 komandadan 5-i buradadır".

Bunu "Report"a müsahibəsində futbol üzrə Belarus milli komandasının baş məşqçisi İqor Kriuşenko deyib. 54 yaşlı mütəxəssis martın 23-də Bakı Olimpiya Stadionunda Azərbaycan millisi ilə keçirəcəkləri yoldaşlıq görüşü ərəfəsində digər sualları da cavablandırıb...

- Milliniz daha çox hansı klubların futbolçularından formalaşıb?
- Belarusdan, əsasən, 4 klubdur – BATE, Minsk "Dinamo”su, Soliqorsk "Şaxtyor”u və "Dinamo-Brest”. Bu kollektivlər hazırda ölkə çempionatında ilk "4-lük”də qərarlaşıblar. Yığmanın qalan üzvləri ölkə xaricində çıxış edən legionerlərdir. Onlar da müəyyən saydadır. 

- Azərbaycan millisi ilə oyuna hazırlıq planınız necədir?
- Martın 12-də Minskdə bir araya gələcəyik. Bir həftləlik hazırlıq prosesindən sonra ayın 20-də Bakıya uçacağıq. Paytaxtınızda iki gün məşq edib, oyuna çıxacağıq.

- Yığmanın heyətini nə vaxt açıqlayacaqsınız?
- Adətən toplanışa 10 gün qalmış açıqlayırıq. Zədə və ya hansısa xoşagəlməz hal baş verməsə, Bakıya ən güclü heyətlə gələcəyik. Çünki oyun FİFA-nın rəsmi pəncərəsinə təsadüf edir.  

- Azərbaycan millisi ilə oyun sizin üçün nə dərəcədə əhəmiyyətlidir?
- Azərbaycanla oyun Millətlər Liqasında hazırlıq mərhələsidir. Yığmanız səviyyə baxımından həm bizə, həm də qrupdakı rəqiblərimizə - Lüksemburq, Moldova və San Marinoya yaxındır.

- Bu matçın təşkili necə alındı?
- Bu, hər iki ölkənin milli assosiasiyaları səviyyəsində həll olunan məsələdir. Tərəflər üçün münasib olduğu üçün razılıq əldə ediblər.

- Azərbaycan millisinin səviyyəsini necə qiymətləndirirsiniz?
- Qiymətləndirməkdə çətinlik çəkirəm. Çünki hələ yığmanızın oyunlarına baxmamışam. Antalyadan qayıdandan sonra birbaşa bu işlərlə məşğul olacaq və Azərbaycanın da görüşlərini izləyəcəyəm. Bundan sonra nə isə deyə bilərəm.

- Bəs Azərbaycan futbolu barədə məlumatlısınız?
- O qədər də çox bilgim yoxdur. Bilirəm ki, "Qarabağ” pis komanda deyil, avrokuboklarda yetərincə yaxşı, layiqli səviyyədə çıxış edib. Amma Azərbaycan çempionatı ilə yaxından tanış deyiləm.

- Futbolçu olduğunuz dönəmlərdə Azərbaycan komandalarına qarşı oynamısınız?
- Bəli, olub. Minsk "Dinamo”sunun əvəzedici heyətində "Neftçi”yə qarşı çıxış etmişəm. Yeniyetmə yaşlarımda Spartakiadalarda da bu cür matçlar olub. Tam olaraq xatırlamıram, xeyli vaxt keçib.

- Son illər Belarus futbolunda böhran müşahidə olunmaqdadır. Yığma və klublarınız əvvəlki səviyyədə çıxış etmirlər. Bu, nə ilə bağlıdır?
- Buna səbəb əvvəlki ilə müqayisədə istedadlı nəsilin hələ yetişməməsidir. Həmçinin, postsovet ölkələrində uşaq futbolundakı məşqçi böhranı da öz təsirini göstərib. İndi bunun əziyyətini çəkirik. Düşünürəm ki, ən çox bununla əlaqədardır.

- Belarus prezidenti Aleksandr Lukaşenko digər növlərlə müqayisədə futbol komandalarınızın çıxışının zəif olduğunu bildirib...
- Deyibsə, deməli elədir. Onun nəyisə mühakimə etmək, fikrini söyləmək hüququ var. Bunu müzakirə etmək, ümumiyyətlə, bu suala cavab vermək istəmirəm.

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

10:23

Avroliqa mübarizəsi Bakıda start götürür

10:04

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

"Araz-Naxçıvan"ın rəqibi son oyununda 2 qol vurub uduzdu

09:23

PSJ "Real Madrid"i belə "döyüb" finala çıxdı - VİDEO

09:00

Avropa Liqası: "Sabah" Sloveniya təmsilçisinə qarşı

01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

Facebookdan bizi izləməyi unutmayın.
X