Millətlər Liqasında millimizin üç rəqibindən biri olan Kosovo seçməsi yeni baş məşqçinin sərəncamındadı.
Fanat.Az xəbər verir ki, sözügedən yığmanın "sükan”ı Bernard Şallanda tapşırılıb. Kosovo Futbol Federasiyasının rəsmən açıqladığı məlumatda isveçrəli çalışdırıcıyla 4 illik müqavilə imzalandığı bildirilib. 66 yaşlı Şalland daha öncə "Sürix”, "Sion”, "Yanq Boyz” kimi klubları, həmçinin Ermənistan yığmasını və İsveçrənin U-21 millisini çalışdırıb.
Xatırladaq ki, yanvarın 24-də Sürixdə baş tutan püşkatma mərasimində Kosovoyla yanaşı, Malta və Farer adaları da yığmamıza rəqib olub.
Fanat.Az