Azərbaycan - Makedoniya oyununun vaxtı dəyişdirilib. Fanat.Az xəbər verir ki, saytının məlumatına görə, martın 27-də baş tutacaq yoxlama görüşü 1 saat tez başlayacaq.
Türkiyənin Antalya şəhərindəki qarşılaşma Bakı vaxtı ilə saat 20:00 start götürəcək. Öncədən oyunun saat 21:00-da start götürməsi nəzərdə tutulmuşdu.
Qeyd edək ki, Azərbaycan - Makedoniya matçı "Mardan” stadionunda keçiriləcək.
Fanat.Az