19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Fanat.Az xəbər verir ki, milliyə 23 futbolçu dəvət alıb.
Vüqar Məmmədin yetirmələri martın 16-dan 26-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. Hazırlıq prosesində bu futbolçular iştirak edəcək:
Əkpər Vəliyev, Sərcan Ömərov, Elvin Cəfərquliyev (hamısı "Keşlə”), Nicat Mehbaliyev, İbrahim Hüseynov, Səbuhi Abdullazadə, Rüfət Abdullazadə, Turan Vəlizadə, Tural Bayramov, Xəqani Sadıqov (hamısı "Qarabağ”), Əmrah Zülfüqarlı, Rüstəm Nuriyev, Kamran Quliyev, Əli Mürsəlov, Samir Qurbanov (hamısı "Qəbələ”), Zahid Mərdanov, Elçin Mustafayev, Kamran Məmmədov, Şakir Seyidov, Emil Qasımov (hamısı "Səbail”), Elnur İbragimov ("Spartak-2” Rusiya), Vəli Məmmədov ("Torpedo” Moskva, Rusiya), Ruslan Fişenko (ÇSKA Moskva, Rusiya).
Fanat.Az