Azərbaycan millisi tarixində növbəti avtoqola üzülüb. Fanat.Az xəbər verir ki, Belarusla oyunun 42-ci dəqiqəsində topu öz qapımıza göndərən Maksim Medvedev millimizin qapısında 9-cu dəfə avtoqolu görməsinə səbəb olub.
Bundan əvvəl komandanın keçmiş kapitanı, U-21-in baş məşqçisi Rəşad Sadıqov 4 dəfə avotoqol müəllifi olub. Tərlan Əhmədov, Emin Ağayev, Emin Quliyev və Aftandil Hacıyev hərəyə bir dəfə qapıları səhv salıb.
Fanat.Az