Bosniya və Hersoqovina millisi yoxlama oyunu keçirib. Fanat.Az xəbər verir ki, baş məşqçi Robert Prosineçki komandasını Bolqarıstanla oyunda sınayıb.
Oyun bosniyalıların 1:0 hesablı qələbəsi ilə yekunlanıb. Millimizin sabiq baş məşqçisi "Qarabağ"ın qapıçısı İbrahim Şehiçə start heyətində şans verib. Prosineçki Bosniya və Hersoqovinanın qapısını 90 dəqiqə ona tapşırıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol