"Azərbaycan millisinin yarımmüdafiə xətti yaxşı oyunçulardan qurulub. Topu özlərində saxlamağı və üçüncü zonada üstünlük qazanmağı bacaran koamndadı”. Fanat.Az xəbər verir ki, bu sözləri Makedoniya millisinin üzvü Edis Bardi deyib.
Sabah Antalyada Qurban Qurbanovun yetirmələriylə üz-üzə gələcək yığmanın futbolçusu yoldaşlıq görüşü ərəfəsində ölkəsinin mətbuatına açıqlama verib. "Levante”nin yarımmüdafiəçisi oyunun önəmindən danışıb: "Rəqibin oyun sistemini təhlil etmişik. Bu komandaya qarşı məğlubiyyətsiz oyunlar seriyasını davam etdirmək istəyirik. Eyni zamanda Millətlər Liqasına yaxşı əhval-ruhiyyədə başlamaq üçün yaxşı nəticə qazanmalıyıq. Millidə komanda ruhu var. Fikrimcə, bu bizə kömək edəcək”.
Xatırladaq ki, Azərbaycan – Makedoniya oyunu sabah saat 20:00-da başlayacaq.
Fanat.Az