Azərbaycan yığmasının Millətlər Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Malta növbəti sınaq matçını keçirib.
Fanat.Az xəbər verir ki, "cırtdanlar” Finlandiya seçməsiylə qarşılaşıb. "Suomi” bu görüşdə 5:0 hesablı darmadağına sevinib. Finlərin heyətində Pukki dubl edib, Taimi, Yensen və Soiri hərəyə bir top vurub.
Matç millimizin sabah Makedoniya yığmasıyla qarşılaşacağı məkanda - "Mardan Arena”da baş tutub.
Fanat.Az