Portuqaliya və Hollandiya yığmaları arasındakı yoldaşlıq görüşündə maraqlı hadisə baş verib. Fanat.Az xəbər verir ki, oyunun 61-ci dəqiqəsində bir neçə azarkeş meydana girərək, portuqaliyalı hücumçu Kriştiano Ronaldoya tərəf qaçıb.
Onlardan biri Ronaldonu öpərək, onunla selfi edib. Həmin şəxsin əslən bosniya və herseqovinalı, hazırda İsveçrədə çalışan məşhur komik Samir Alik olduğu müəyyənləşib.
Qeyd edək ki, İsveçrənin Karuja şəhərində keçirilən oyunda hollandlar 3:0 hesablı qələbə qazanıb. Qolları Memfis Depay, Rayan Babel və Vircil van Deyk vurub. 61-ci dəqiqədə Joau Kanselu qırmızı vərəqə aldığı üçün Portuqaliya millisi oyunu azlıqda başa vurub. Ronaldo 68-ci dəqiqədə əvəzlənib.