"Qarabağ"ın U-19 komandasının ukraynalı hücumçusu Yaroslav Dedanın "milliləşdirilməsi" məsələsi hələ də açıq qalır. Fanat.Az xəbər verir ki, bu barədə U-21 millimizin məşqçisi Aftandil Hacıyev danışıb.
"Azərbaycan" radiosunun "İdman" proqramında canlı yayımda iştirak edən Hacıyev gənclər yığmamızın son iki oyununu dəyərləndirib. Sport7.az saytının redaktoru Amal Abuşovun sualına cavab olaraq Aftandil Hacıyev bildirib ki, Dedanın yığmada oynayacağı hələ dəqiqləşməyib:
"Deda yaxşı futbolçudu. Çempionlar Liqasında da özünü yaxşı tərəfdən göstərdi. Amma bu o demək deyil ki, onu dərhal "milliləşdirməliyik". Dedanın zədəsi var, hələ çox oynamalı, özünü sübut etməlidi. Bununla yanaşı onun xarakterində də problem var. Dedanın milli komandada oynaması hələ dəqiqləşməyib. Bu məsələ hələ açıq qalıb. Heç bir əcnəbi düşünməməlidir ki, biz onu dərhal "milliləşdirəcəyik".
Fanat.Az