20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirəcək. Fanat.Az xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri mayın 16-da Yunanıstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq.
Görüş Bakıda baş tutacaq. Oyunun keçirilmə yeri və başlama saatı hələ dəqiqləşməyib.
Qeyd edək ki, Azərbaycan U-20 yığması yeni yaradılandan sonra ilk oyununu keçirəcək.
Fanat.Az