19 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının elit-raund mərhələsində bu gün ikinci oyununu keçirib.
Fanat.Az xəbər verir ki, komandamız Belçika ilə qarşılaşıb. Görüş millimizin böyükhesablı məğlubiyyəti ilə başa çatıb - 1:5.
Qeyd edək ki, Vüqar Əsgərlinin rəhbərlik etdiyi komandamız ilk oyunda Fransaya 0:6 hesabı ilə uduzub.
Azərbaycan - Belçika - 1:5
Qollar: Merkelbax, 40. Toloba, 51; 70. Minnaert, 69-pen. Vierendels, 85 - Çağla Kanpara, 89.
Fanat.Az