Bir müddət öncə Zlatan İbrahimoviç mətbuata açıqlamasında yenidən İsveç yığmasına qayıda biləcəyi ilə bağlı açıqlama vermişdi.
Fanat.Az xəbər verir ki, dünyaca məşhur hücumçu FİFA-nın ona heç bir qadağa qoya bilməyəcəyini və İsveç yığmasında oynayıb-oynamamasının öz istəyinə bağlı olduğunu söyləmişdi. Qısası, futbolçu açıqlamasında Rusiyada baş tutacaq 2018-ci il Dünya Çempionatına vəsiqə qazanan İsveç yığmasına qayıda biləcəyinə dair mesaj vermişdi.
Artıq məsələ ilə bağlı rəsmi qərar verilib. Belə ki, İsveç Futbol Federasiyası Zlatanın yığmada oynamayacağını, daha doğrusu onun bu yığmanın heyətində DÇ-yə getməyəcəyini açıqlayıb.
Bir neçə gün öncə İsveç millisinin çalışdırıcısı Yanne Andersson da İbrahimoviçin onun planlarına daxil olmadığını söyləmişdi.
Fanat.Az