Yığmamızın Millətlər Liqasındakı rəqiblərindən olan Malta seçməsinin yeni baş məşqçisinin adı bəllidi.
Fanat.Az xəbər verir ki, informasiyanı Malta Futbol Federasiyasının (MFF) rəsmi saytı yayıb.
Aprelin 25-də istefaya göndərilən Tom Saintfieti Ray Farruciya əvəzləyib. Qərar MFF-nin İcraiyyə Komitəsinin iclasında qəbul olunub.
Farruciya təyinatdan sonra açıqlama verib: "İşim çox məsuliyyətlidi. Qürur duyuram. Ölkənin bir nömrəli yığmasını çalışdırmaq həmişə ən böyük arzum olub. Millini irəli aparmaq üçün bacardığımdan da artığını etməyə hazıram”.
Daha öncə Maltanın U-21 yığmasını çalışdırmış Farruciya 2014-cü ildən bəri əsas millidə köməkçi - məşqçi qismində işləyib.
Fanat.Az