15:51 10.05.2018 1630

Millimizin çalışdırıcısı: “Yerli oyunçularla bağlı problem var”

Millimizin və "Araz”ın baş məşqçisi Joze Alesio da Silvanın Azərbaycan Futzal Federasiyanın "Facebook" səhifəsinə müsahibə verib. Fanat.Az xəbər verir ki, Yüksək Liqanın başa çatmasına 1 tur qalmış komandasını çempion edən braziliyalı mütəxəssis son matçı gözləmədən vətəninə yollanması və mövsümün gedişi, həmçinin yığma barədə danışıb.

- Mövsüm "Araz” üçün demək olar, başa çatıb. Qeyd etmək istədiyiniz məqamlar varmı?
- Çempion olduq, amma istədiyimizin hamısını həyata keçirə bilmədik. Əsas odu ki, işə başlamışıq, komandanın özəyini qurmuşuq, istəyirəm bu özəyi növbəti mövsüm üçün də qoruyaq. Çünki yenidən işə başlamaq, sıfırdan komanda qurmaq həm asan deyil, həm də tez vaxtda istədiyin effekti, nəticəni əldə edə bilmirsən. Bu gün bizim bazamız var, deməli, yeni mövsümdə daha yaxşı işlər qurmağımız üçün zəmin yaranıb. İşləməli, inkişaf etməliyik.

- Həyata keçirə bilmədiyiniz məqamlar hansılardı?
- Heyəti tam qura bilmədik. Boşluqlarımız var. Amma özəyimiz hazırdı. Həyata keçirə bilmədiklərimizi yeni çempionata qədər reallaşdıracağıq.

- "Araz” yenə tək ayaqla çempion oldu?
- Rəqiblərimizə hörmətsizlik etmək istəmirəm. Bizim üçün birinci dövrə çox çətin keçdi. Çünki komandanı yeni qurmuşduq, heyətə dəvət edilən futzalçıların adaptasiyası və taktiki tapşırıqların mənimsənilməsi üçün zamana ehtiyac var idi. Üstəlik, "Araz”ı UEFA kubokunun oyunları gözləyirdi. Həmin vaxt çempionat oyunlarında çətinliklə üzləşirdik. Çempion olduqdan sonra isə komandanı qalan oyunlara motivasiya etmək çətinləşdi.

- Heyətlə bağlı danışdınız, qan dəyişikliyinə ehtiyac duymursuz?
- Əlbəttə, yeni oyunçular mütləq lazımdı. Sadəcə, baza heyətin olduğunu vurğuladım. Hardasa 6-7 vacib futzalçımız var. Ancaq 5-6 oyunçuya da ehtiyac var. Bu dəfə üstünlüyümüz onda olacaq ki, komandanı sıfırdan qurmayacağıq. Son 1 ildə gördüyümüzü işləri davam etdirəcəyik.

- "Araz” mövsümün sonunda heç də xoş olmayan durumla diqqətləri cəlb etdi. Söhbət bir matçda 4 oyunçunun qırmızı vərəqə almasından gedir...
- Həmin oyunu derbi də adlandırmaq olardı. Bu cür qarşılaşmalar zamanı əsəblər tarıma çəkilir. İntizam qaydasındadı. Sadəcə, nə baş verdiyini anlamadıq. Açığı, 30 illik karyeramda ilk dəfə bu cür vəziyyətlə qarşılaşdım. Oyundan sonra paltardəyişmə otağında ciddi söhbətimiz oldu. Əlbəttə, səbəb nə olur-olsun, bu cür hallar yaşanmamalıdı. Həm də heyət üzvlərinə müəyyən qədər istirahət lazımdı. Çünki biz çempionat başladıqdan sonra, demək olar, dincəlmədik, Avropa çempionatına hazırlaşdıq. Ona görə də əsəblərin tarıma çəkilməsi normaldı. Digər tərəfdən razıyam ki, bir komandanın 4 futzalçısının bir oyunda qırmızı vərəqə alması futzalda nadir hadisədi. Belə məsələlərdə hakimlər də diqqətli olmalıdı. Bəzən oyunçulara zarafatla söz deyirlər, qarşılığı gəldikdə isə dərhal vərəqə göstərirlər. Halbuki intizamın qorunmasında hakimlər də kömək etməlidirlər.

- Yeni transferlər Braziliyadan olacaq, yoxsa maraq dairənizdə başqa oyunçular var?
- Hazırda əlimdə konkret siyahı yoxdu. Vaxtımız var, axtarışlarımız davam edəcək. Oyunçunun Braziliyadan, İrandan və ya Rusiyadan olması vacib deyil. Əsas onların komandamıza köməyinin dəyməsidi.

- Milli komanda ilə bağlı planlar necədi? Çünki qarşıdakı 1 ildən artıq vaxtda milli komanda heç bir rəsmi oyunda iştirak etməyəcək. Yaranacaq boşluğu necə dolduracaqsınız?
- Milli komanda ilə bağlı planımı federasiya rəhbərinə təqdim etmişəm. Bəli, rəsmi oyunlar yoxdu. Buna görə də avqustda yeni mövsüm başlayandan sonra il ərzində 3-4 dəfə toplanışılar keçirəcəyik, mümkün qədər beynəlxalq turnirlərə qatılacağıq. Ötən ilin dekabrında İranda belə bir turnir təşkil olunmuşdu. Bildiyimə görə, bu dəfə Qazaxıstan həmin yarışa ev sahibliyi edəcək. Alınsa, biz də gücümüzü sınamağa çalışacağıq.

- Yeni mövsümlə bağlı hansısa təklifiniz varmı?
- Başa çatmaqda olan çempionat bir qədər maraqlı keçdi. Əvvəlki illərdə ancaq EKOL və "Neftçi”nin varlığını hiss edirdin. Bu dəfə onlardan başqa "Marafon Futsal”, "FK. İtaldizain Futsal”, "Yasamal” müqavimət göstərməyə çalışdılar. Məni narahat edən yerli gənc futzalçıların olmamasıdı. Komandalarin heyətlərində ən azı 2-3 gənc, yerli futzalçı oynamalıdı. Hətta bunu limit kimi də tətbiq etmək olar. Cari mövsümdə komandalar heyətlərinə kifayət qədər legioner cəlb etdilər. Məsələn, "Yasamal” yaxşı komandadı, ancaq heyətləri demək olar, iranlı legionerlərdən qurulub. "Marafon Futsal”da da həmçinin. Bu gün yerli oyunçularla bağlı problem var ki, bunu aradan qaldırmağa çalışmalıyıq. Klublar ikinci komandalarını yaratmalı, orda gənclərə şans verməlidi. Bununla bağlı klub rəhbərliyi ilə söhbətimiz olub. Elə etməliyik ki, ehtiyat komandadan 2-3 gənc oyunçunu əsas heyətə qazandıraq.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

11 May 2025
01:50

İspaniya La Liqası: "Atletiko" qələbəni darmadağınla qazandı

00:53

Türkiyə Super Liqası: "Qalatasaray" rəqib meydanında coşdu

10 May 2025
23:56

İPL: “Mançester Siti” "Sauthempton"la bacarmadı

23:11

İki komandanın Bundesliqanı tərk etməsi dəqiqləşdi

22:30

"Azarkeşlərimizin qarşısında utanırıq"- Kurban Berdiyev

22:06

"Hədəfi qalmayan komandanın futbolçularına motivasiya vermək çox çətindir" - Samir Abasov

21:45

"İmişli" klubu bəyanat yaydı

21:23

MPL: "Zirə" də səfərdə sevindi, "Neftçi" də

20:48

Rəşad Sadıqov "Səbail"ə qalib gəldikləri oyunu belə dəyərləndirdi

20:24

"Xoşbəxtəm, "B" kateqoriyam ola-ola, ağır yükü mənə verdilər" - Elvin Məmmədov

19:55

Renat Dadaşov oynadı, komandası qələbə həsrətinə son qoydu

19:20

Dadaşova Gürcüstanda medal qazandı

18:51

Bakıda “Zəfər Kuboku” başladı

18:20

Arne Slot Aleksandr-Arnolda əvəzləyici tapdı

17:56

"Sumqayıt" "Kəpəz"lə oyuna itkilərlə çıxacaq - AÇIQLAMA

17:13

Avropa kuboku: İlk gündə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıldı

16:47

Səlcuk İnan klubsuz qaldı

16:22

Azərbaycan liqalarında “Ayın qolu”nun qalibləri müəyyənləşdi

15:56

“Belarusla ikinci oyunumuz da çətin olacaq” – Azərbaycan millisinin üzvü

15:05

"Kəpəz"in yeni rəhbərliyi bilindi -RƏSMİ

14:49

"Yuventus" Osimheni bu qiymətə aparır - MƏBLƏĞ

14:00

MY 39 yaşlı qapıçıya müqavilə təklif etdi

13:31

PSJ-nin prezidenti klubun 600 işçisinə məktub göndərdi - Mükafatlandırılacaqlar

12:50

İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisi bilindi

12:24

ABL: "Neftçi" - "Sabah" oyununun vaxtı bilindi

11:55

“Biləndə ki, Heydər Əliyev oyuna baxmağa gələcək, gücümüz ikiqat artırdı" - VİDEO

11:16

Azərbaycan millisinin heyəti müəyyənləşdi

10:48

Fabreqas İtaliyada bu mükafatı qazandı

10:23

"Əl-Nəsr" Ronaldu ilə yolları ayırır - SON DURUM

09:57

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:30

Qvardiola Xabi Alonsonun "Bayer"dən ayrılmaq qərarına münasibət bildirdi

00:48

İtaliya A Seriyası: "Milan" inamlı qələbəyə sevindi

00:35

Almaniya Bundesliqası: "Hoffenhaym" "canavar yuvası"ndan xalla qayıtdı

09 May 2025
23:43

Rişarlison "Tottenhem"i digər İngiltərə klubuna dəyişmək üzrədir

23:10

"Ümid edirəm ki, biz bunu bacaracağıq" - "Tottenhem"in hücumçusu

22:38

"Oyundan məmnunam" - Vasili Berezutski

22:23

Mahirə hədiyyə verdilər, komandası... - FOTO

22:19

"Ayıbdır" - Ayxan Abbasov

21:45

Yamal İngiltərədə oynamaq istədiyi iki yerin adını çəkdi

21:14

"O zərbə qola çevrilsəydi, "İmişli"ni öz meydanımızda da məğlub edəcəkdik" - Füzuli Məmmədov

Facebookdan bizi izləməyi unutmayın.
X