"DÇ-2018" çərçivəsində Tunis yığmasının oyunçularının İngiltərə ilə matçdan öncə dua edərkən çəkilən görüntüləri ölkədə qalmaqala səbəb olub.
Fanat.Az xarici KİV-ə istinadən xəbər verir ki, Tunisdə radio aparıcısı Muxtar əl-Halfavi millinin matçdan öncə dua etməsini "cadugərlik" adlandırıb. Komandanın məşqçisi Nebil Malul isə oyunçularının dua etməsinə lağ edənlərin müalicəyə ehtiyacı olduğunu söyləyib.
"İngiltərə ilə matçdan öncə milli komandamızın üzvlərinin fatihə oxuyaraq dua etməsini tənqid edənlərin müalicəyə ehtiyacı var. Bizlər uşaqlıqdan bəri Fatihə və Quran ilə böyümüşük", - deyə o, bildirib.
Qeyd edək ki, iyunun 18-də keçirilən matç İngiltərənin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Fanat.Az