Rusiyada keçirilən dünya çempionatının II turunun oyununda Almaniya İsveçi 90+5-ci dəqiqədə cərimə zərbəsindən sonra vurulan qol hesabına 2:1 hesabı ilə yenmişdi.
Fanat.Az xəbər verir ki, cərimə zərbəsinə səbəb olan İsveçin üzvü Cimmi Durmaz buna görə hədəfə çevirilib. 34 yaşlı türk əsilli futbolçunun sosial media hesabından etdiyi paylaşıma irqçi şərhlər və 3 minə yaxın ölüm təhdidi gəlib.
Ölümlə təhdid edilən başqa bir milli üzvü isə Argentina yığmasının qapıçısı Villi Kaballerodu. Onun komandası ilk turda İslandiya ilə "sülh" bağlayıb (1:1), ardınca Xorvatiyaya böyük hesabla uduzub (0:3). Bu oyunlarda ciddi səhvlərə yol verən qolkiper həm özü, həm də ailəsi ölüm təhdidləri alır.
Həmçinin sosial media istifadəçiləri Villi Kaballeronun həyat yoldaşını və iki qızını ağır söyüşlərlə təhqir edir. Argentina polisi artıq faktla bağlı araşdırmalara başlayıb.
Fanat.Az