Almaniya milli komandası dünya çempionatları tarixində 80 il sonra ilk dəfə birinci mərhələni keçə bilməyib.
Fanat.Az xəbər verir ki, almanlar sonuncu dəfə 1938-ci il mundialında ilk turda uğursuzluğa düçar olmuşdu.
Qeyd edək ki, Almaniya "DÇ-2018"in F qrupunda Meksikaya 0:1, Cənubu Koreyaya 0:2 hesabı ilə məğlub olub. Almanlar yeganə qələbəni İsveç üzərində qazanıb - 2:1.
Fanat.Az