Dünya çempionatının bu gün keçirilən 1/8 final mərhələsinin Rusiya - İspaniya oyunu futbol tarixinə düşüb.
Fanat.Az xəbər verir ki, bu qarşılaşmada ilk dəfə komandalar 4 əvəzetmədən istifadə edib.
Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşdığından əlavə vaxt tətbiq olunub. FIFA-nın ilk dəfə bu mundialda istifadə edilən yeni qaydalarına görə, matçlar əlavə vaxta gedərsə, komandalara 4-cü dəyişiklik etməyə icazə verilir. Rusiya millisində 97-ci dəqiqədə Daler Kuzyayevin yerinə Aleksandr Eroxin, İspaniya yığmasında isə 104-cü dəqiqədə Marko Asensionun yerinə Rodriqo meydana çıxıb.
Fanat.Az