17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama görüşündə qüvvəsini sınayıb. Fanat.Az xəbər verir ki, rəqib İran olub.
"Dalğa Arena”da baş tutan qarşılaşma qonaqların asan qələbəsi ilə nəticələnib. İranın 5 qoluna yığmamız cəmi 1 topla cavab verə bilib. Komandamızın təsəlli qolunu penaltidən Musa Qurbanlı vurub – 1:5.
Qeyd edək ki, bu komandalar arasında növbəti oyun iyulun 10-da, saat 20:00-da, Bakı Olimpiya Stadionunun məşq meydançasında keçiriləcək.
Fanat.Az