Fransanın dünya çempionu olması münasibətilə Parisdə 6 metro stasiyasının adı müvəqqəti dəyişdirilib.
Fanat.Az xəbər verir ki, iki stansiya yığmanın baş məşqçisi Didye Deşamın şərəfinə adlandırılıb. Bunlardan biri "Clemenceau Notre Didier Deschamps", digəri "Deschamps Elysees" adlanacaq.
Stansiyalardan biri komandanın qapıçısı Hüqo Lyorisin şərəfinə "Victor Hugo Lloris" adlandırılıb. Bir stansiyaya komandanın formasına ikinci ulduzun əlavə olunmasının şərəfinə "On a 2 Etoiles" adı verilib.
Başqa bir stansiya isə komandaya qarşılığında təşəkkür əlaməti olaraq "Bercy les Bleus" adlandırılıb.
Fanat.Az