Heymir Hadlqrimsson İslandiya milli komandasının baş məşqçisi postunu istefa verib.
Fanat.Az xəbər verir ki, bu barədə İslandiya Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb. 51 yaşlı mütəxəssis başa çatan müqaviləsini yeniləməyib.
Qeyd edək ki, Hadlqrimsson İslandiya millisinə 2014-cü ildən başçılıq edirdi. Komanda onun rəhbərliyi altında 2016-cı ildə ilk dəfə Avropa çempionatına vəsiqə qazanıb və 1/4 finala qədər irəliləyib. "DÇ-2018"də isə islandiyalılar yer aldıqları D qrupunda 1 xalla sonuncu yeri tutub.
Onu da qeyd edək ki, 14 iyun-15 iyulda Rusiyada keçirilmiş mundialdan sonra İslandiya yığmasının qapıçısı Hannes Halldorsson "Qarabağ”a transfer olunub.
Fanat.Az