Azərbaycan milli komandasının oyunlarına görə Topaz Premyer Liqasının 2018/19 mövsümündə 60 gün fasilə olacaq.
Fanat.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.
O bildirib ki, çempionatın təqvimi tərtib olunarkən yığmanın maraqları nəzərə alınacaq: "Qurban Qurbanovla danışmışıq. Elə bir problem yoxdu. Fasilə çox olmayacaq. Bu il millinin oyunçuları üst-üstə gəlsək, 2 ayı bir yerdə keçirəcək. Amma maksimum 1 həftəlik fasilələr olacaq. Təki nəticə qazanılsın. Çempionat da milliyə görə keçirilir".
Fanat.Az