"Qəbələ"nin futbolçusu Toqo millisinə çağırılıb.
Fanat.Az xəbər verir ki, Lalavele Atakora Afrika Millətlər Kubokunun seçmə mərhələsinin Beninlə oyununda iştirak edəcək. Qarşılaşma sentyabrın 9-da keçiriləcək.
Qeyd edək ki, 2011-ci ildə ölkəsinin milli yığmasında debüt edən 28 yaşlı yarımmüdafiəçi indiyədək 13 oyunda 1 qol vurub. O, bu yay Türkiyənin "Adana Dəmirspor" klubundan "Qəbələ"yə transfer edib.
Fanat.Az