İslandiya millisinin yeni baş məşqçisinin adı açıqlanıb.
Fanat.Az İslandiya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, komandanı bundan sonra Erik Hamren çalışdıracaq. 61 yaşlı mütəxəssis bu vəzifədə "DÇ-2018"dən sonra istefaya göndərilən Heymir Hadlqrimssonu əvəz edib.
Qeyd edək ki, isveçli mütəxəssis məşqçi karyerası ərzində İsveçin "Enköpinqs", "Vasbi", "Brommapoykarna", "Vasalunds", "Deqerfors", AİK, "Örqrite", Danimarkanın "Olborq" və Norveçin "Rusenborq" klublarını çalışdırıb. O, 2009/10 mövsümündə "Rusenborq"la Avropa Liqasında "Qarabağ"a rəqib olub. Turnirin II təsnifat mərhələsində qarşılaşan Azərbaycan və orveç klublarının duelində iki oyunun nəticəsinə görə "Qarabağ" mərhələ adlamışdı (0:0, 1:0).
Erik Hamren 2009-2016-cı illərdə İsveç millisini çalışdırıb.
Onu da qeyd edək ki, "Qarabağ”ın yeni transferi Hannes Halldorsson İslandiya millisinin əsas qapıçısıdı.
Fanat.Az