"Yuventus"un futbolçusu Mario Mancukiç Xorvatiya milli komandasındakı karyerasını bitirib.
Fanat.Az xəbər verir ki, bu barədə Xorvatiya Futbol İttifaqı rəsmi saytına 32 yaşlı hücumçu özü açıqlama verib.
"Heç kəs ideal deyil. Mən meydanda top itirdim, amma özümü meydana verdim. Mənim və komandanın yanında olan azarkeşlərə təşəkkür edirəm" deyə Mancukiç bildirib.
Qeyd edək ki, Mancukiç 2007-ci ildən çıxış etdiyi Xorvatiya yığmasının bombardirləri siyahısında 33 qolla ikinci pillədə qərarlaşıb. Birinci pillədə isə 45 topla Davor Şuker yer alıb. Mancukiç həm də 2018-ci il dünya çempionatının gümüş mükafatçısıdı.
Fanat.Az