Avropa çempionatının seçmə mərhələsində U-21 millimizin Norveçlə keçirəcəyi matçı idarə edəcək hakimlər briqadası məlumdu.
Fanat.Az UEFA-nın saytına istinadən xəbər verir ki, oyun San Marinodan olan ədalət təmsilçilərinə tapşırılıb.
Referi Barbeno Lukaya Françesko Lunardon və Salvatore Tuttifrutti yan xətt hakimləri qismində yardım edəcəksə, Mişel Skarpino isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, Skandinaviya təmsilçisiylə oyun sentyabrın 11-də "Dalğa Arena”da keçiriləcək və 20:00-da başlayacaq.
Fanat.Az