"Keşlə”nin yarımmüdafiəçisi Ebrima Sohna Qambiya milli komandasında növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, 29 yaşlı futbolçu Afrika Millətlər Kubokunun qrup mərhələsinin ikinci turunda evdə Əlcəzair yığmasına qarşı oyunda start heyətində meydana çıxıb və 90 dəqiqə əvəz edilmədən mübarizə aparıb. Görüş 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, D qrupunda yarışan Qambiya millisi 2 oyundan sonra 1 xalla 3-cü sırada qərarlaşıb.
Fanat.Az