Azərbaycanın 21 yaşadək futboçulardan ibarət yığmasının heyətində dəyişiklik olub.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, zədəli olduğu üçün Renat Dadaşov komandadan ayrılıb. O, sentyabrın 6-da İsrail millisi ilə Avropa çempionatının seçmə qrup oyununda xəsarət alıb. Tibbi müayinə nəticəsində gənc hücumçunun sentyabrın 11-də Norveçə qarşı oyunda iştirak edə bilməyəcəyi müəyyənləşib.
Qeyd edək ki, Renat Dadaşov İsraillə görüşdə Azərbaycan millisinin 35-ci saniyədə vurduğu qolun müəllifi olub. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Fanat.Az