İslandiya millisi UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, A Liqasının 2-ci qrupunda mübarizə aparan ada təmsilçisi Belçikanı qəbul edib. Oyun qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunda İslaniyanın qapısını Hannes Halldorsson qoruyub. Bununla da qolkiper Millətlər Liqasının iki oyununda 9 qol buraxıb. Belə ki, İslandiya İsveçrə ilə ilk oyunda 0:6 hesabı ilə yenilmişdi.
Fanat.Az