İslandiya millisi yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, ada təmsilçisi Fransa ilə qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatıb.
"Qarabağ”ın qapıçısı Hannes Halldorsson da matçın iştirakçısı olub. İslandiya millisinin formasını geyinən 34 yaşlı qapıçı son dünya çempionu ilə oyunun fasiləsində Aleks Runarssonun yerinə meydana çıxıb. Həmin vaxt onun komandası hesabda irəlidə olub. Halldorsson 86 və 90-cı dəqiqələrdə iki qol buraxıb.
Fanat.Az