U-21 yığmamızın Avropa çempionatının seçmə mərhələsinin Norveçlə səfər oyununa təyinatlar açıqlanıb.
Fanat.Az xəbər verir ki, görüşü bolqarıstanlı hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Volen Çinkov olacaq. Ona Deniz Sokolov və Miroslav Maksimov köməklik edəcəklər. Dördüncü hakim funksiyasını isə Nikolay Yordanov yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 16-da keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:15-də başlayacaq.
Fanat.Az