İslandiya millisi UEFA Millətlər Kubokunda növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, "Qarabağ"ın qapıçısı Hannes Halldorssonun forma geyindiyi komanda İsveçrəni qəbul edib. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hannes Halldorsson start heyətində yer alıb və sonadək meydanda olub. O, 52-ci dəqiqədə Haris Seferoviçin, 15 dəqiqə sonra Maykl Lanqın qollarına mane ola bilməyib.
Qeyd edək ki, A Liqasının II qrupunda yer alan İslandiya keçirdiyi hər 3 oyunda uduzub. İsveçrəyə ilk matçda 0:6 hesabı ilə yenilən islandlar Belçika matçında 3 cavabsız qola üzülüb. Hər 3 oyunda oyunda 90 dəqiqə meydanda olan Hannes Halldorsson 11 qol buraxıb.
Fanat.Az