"Çox çətin oyun oldu. Hər iki komanda yaxşı mübarizə apardı”.
Fanat.Az xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Fəhmin Muradbəyli deyib.
Yığmamız Avropa çempionatının seçmə qrup mərhələsində son oyununu Norveçə qarşı keçirib və qarşılaşma 1:1 hesabı ilə nəticələnib.
Oyundan sonra fikrini bildirən yarımmüdafiəçi bu sözləri deyib: "Çətin səfərdə məqsədimiz 3 xal qazanmaq idi. Oyunumuz istədiyimiz kimi gedirdi. Rəqibi əks-hücumda yaxalayıb penalti vurmaq imkanı qazandıq. Qol vurduğum üçün sevinirəm. Bu, seçmə mərhələdə sonuncu oyunumuz idi. Yaxşı nəticə ilə seçmə mərhələni başa vurmaq istəyirdik”.
Qeyd edək ki, 3 xal yığmağı bacaran millimiz qrup mərhələsini sonuncu pillədə başa vurub.
Fanat.Az