Bolqarıstanın Sliven şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə növbəti yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, qarşılaşma 2:1 hesabı ilə Bolqarıstan yığmasının xeyrinə başa çatıb. Yığmamızın heyətində Kamran Quliyev fərqlənib.
Xatırladaq ki, bu komandalar arasında iki gün əvvəl keçirilən oyunda 0:0 hesablı heç-heçə qeydə alınmışdı.
Fanat.Az