İngiltərə milli komandasının sabiq baş məşqçisi Sven-Yoran Erikssonun yeni iş yeri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, 70 yaşlı isveçli mütəxəssis Filippin yığmasına baş məşqçi təyin edili. Onunla 6 aylıq müqavilə imzalansa da, anlaşmanın detalları açıqlanmayıb.
Qeyd edək ki, Sven-Yoran Eriksson 2001-2006-cı illərdə İngiltərə yığmasına başçılıq edib. O, həmçinin Meksika və Kot dİvuar millilərinin, "Deqerfors", "Göteborq" (hər ikisi İsveç), "Benfika" (Portuqaliya), "Roma", "Fiorentina", "Sampdoriya", "Latsio" (hamısı İtaliya), "Lester", "Mançester Siti" (hər ikisi İngiltərə), "Quanqzu R&F", "Şanxay SIPG" və "Şenjen" (üçü də Çin) klublarının baş məşqçisi olub.
Fanat.Az