UEFA Millətlər Liqasında V turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, "Qarabağ"ın futbolçusu Simeon Slavçevin çıxış etdiyi Bolqarıstan millisi Cənubi Kiprin qonağı olub. Oyun 1:1 hesabı ilə yekunlaşıb.
Simeon Slavçev start heyətində yer alıb. 25 yaşlı yarımmüdafiəçi 82-ci dəqiqədə Stanislav Kostov tərəfindən əvəzlənib.
Qeyd edək ki, Bolqarıstan millisi 5 turdan sonra 10 xalla Norveçlə 1-2-ci pillələri bölüşür.
Fanat.Az