Afrika Millətlər Kubokunun seçmə qrup mərhələsində V turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, "Qəbələ”nin futbolçusu Lalavele Atakora şərəfini qoruduğu Toqo öz meydanında Əlcəzairi qəbul edib. Matç qonaq komandanın 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Lalavele Atakora 90 dəqiqə meydanda olub. O, 16-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Bu nəticədən sonra Toqo 5 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Fanat.Az