UEFA Millətlər Liqasının 6-cı turu çərçivəsində noyabrın 20-də, saat 23.45-də, Fadil Vokrri adına Stadionda keçiriləcək Kosovo - Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfransları və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, əvvəlcə Kosovonun baş məşqçisi Bernar Şalland jurnalistlərin qarşısına çıxacaq:
19 noyabr
Kosovo milli komandası
Saat 17.00 Mətbuat konfransı
Saat 17.30 İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Azərbaycan milli komandası
Saat 18.30 Mətbuat konfransı
Saat 19.00 İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Hər iki mətbuat konfransı və məşq oyunun keçiriləcəyi stadionda təşkil olunacaq.
Fanat.Az