"Neftçi”nin futbolçusu Soni Mustivar Haiti milli komandasının heyətində növbəti oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, yarımmüdafiəçi Salvadorla səfərdə keçirilən yoldaşlıq matçının 57-ci dəqiqəsində meydana çıxıb. Haiti millisində çıxış edən "Qarabağ"ın futbolçusu Donald Gerye isə oyunda iştirak etməyib. O, ötən oyun qırmızı vərəqə alıb.
Oyun Salvadorun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Rivas 29-cu dəqiqədə fərqlənib.
Fanat.Az