"Real"ın sabiq baş məşqçisi Xulen Lopetegi ABŞ millisinin baş məşqçisi təyin edilə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Bildirilir ki, ABŞ Futbol Federasiyası ispaniyalı mütəxəssisi yığmanın nəticələrini daha da yaxşılaşdırmağa qadir olduğu qənaətindədi.
İndi ABŞ millisində baş məşqçi səlahiyyətlərini müvəqqəti olaraq Deyv Saraçan yerinə yetirir. Onun rəhbərliyi altında komanda son oyunlarında İngiltərəyə 0:3, İtaliyaya isə 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, Xulen Lopetegi "Real"ın baş məşqçi postundan oktyabrın sonlarında istefaya göndərilib.
Fanat.Az