UEFA Millətlər Liqasında 2020/21 mövsümünün təqvimini açıqlanıb.
Fanat.Az xəbər verir ki, yarışa 2020-ci ilin sentyabr ayında start bveriləcək. Qrup mərhələsi noyabrda başa çatacaq. Turnirin final mərhələsi 2021-ci ilin iyununda keçiriləcək. "AVRO-2020"nin pley-off mərhələsinin oyunları isə 2020-ci il 26-31 mart tarixlərində olacaq.
2020/21 mövsümünün püşkatma mərasimi 2020-ci ilin yanvar və ya fevral ayında baş tutacaq.
Qeyd edək ki, milli komandamız Cənubi Kipr, Litva, Estoniya, Andorra, Ermənistan, Cəbəllütariq, Qazaxıstan, Latviya, Lixtenşteyn, Lüksemburq, Sloveniya, Malta, Moldova, San Marino və Farer adaları ilə birlikdə D Liqasında mübarizə aparacaq.
Millətlər Liqası
2020/21 mövsümü
Qrup mərhələsi
1-ci tur: 3-5 sentyabr 2020-ci il
2-ci tur: 6-8 sentyabr 2020-ci il
3-cü tur: 8-10 oktyabr 2020-ci il
4-cü tur: 11-13 oktyabr 2020-ci il
5-ci tur: 12-14 noyabr 2020-ci il
6-cı tur: 15-17 noyabr 2020-ci il
Fanat.Az